23 oktyabr 2024. Çərşənbə

Qəbələ'nin rəqibində ciddi itki


Qəbələ'nin rəqibində ciddi itki

Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi ciddi itki ilə üzləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi komanda  yarımmüdafiəçisi Alef dos Santos Saldanyanı itirib.

Məşq zamanı ciddi zədə alan 27 yaşlı oyunçu əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda