5 may 2026. Çərşənbə axşamı

KL: İnter'lə Vikinqur'a 1 qol bəs etdi


KL: İnter'lə Vikinqur'a 1 qol bəs etdi
Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Finlandiya “İnter”i doğma meydanda Kosovonun “Drita” komandasını, Farer adalarının “Vikinqur” komandası isə  Cəbəllütariq “Europa”sını qəbul edib. Hər iki oyunda meydan sahibləri minimal hesabla qələbə qazanıb.
 
Mərhələnin qalan oyunları iyulun 7-də keçiriləcək.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

5 iyul
 
Qzira Yunayted (Malta) – Atletik Eskaldes (Andorra) 1:1
Sent Cozefs (Cəbəllütariq) – Larne (Şimali İrlandiya) 0:0
 
6 iyul
 
İnter (Finlandiya) – Drita (Kosovo) 1:0
Vikinqur (Farer adaları) – Europa (Cəbəllütariq) 1:0






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi