22 noyabr 2024. Cümə

Məşhur futbolçu Zirə ilə oyunu buraxa bilər


Məşhur futbolçu Zirə ilə oyunu buraxa bilər

İsrailin "Makkabi" (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə ilk oyunu buraxa bilər.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun zədədən sonra bərpa prosesinin uzun çəkməsidir.

Ötən ay əməliyyat olunan israilli futbolçu həkimlər əvvəlcə 4 aylıq reabilitasiya müddəti təyin etmişdilər. Lakin hələ də tam hazır olmayan təcrübəli oyunçu daha bir müddət komandadan ayrı qalacaq. Zahavinin kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.







Konfrans liqası