23 oktyabr 2024. Çərşənbə

Neftçi'nin rəqibi adaşını məğlub etdi


Neftçi'nin rəqibi adaşını məğlub etdi
"Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” (Limassol) yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Kipr klubu Yunanıstan Super Liqasında mübarizə aparan adaşı “Aris”lə qarşılaşıb.
 
Qarşılaşma Kipr təmsilçisinin minimal hesabla qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin rəqibinə qələbə gətirən qolu 77-ci dəqiqədə Daniel Sikorski imza atıb. Yunanıstan “Aris”i 44-cü dəqiqədə azlıqda qalıbsa, Kipr “Aris”ində də 83-cü dəqiqədə bir futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
 
“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
 






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda