23 oktyabr 2024. Çərşənbə

Makkabi – Zirə matçında anşlaq olacaq


Makkabi – Zirə matçında anşlaq olacaq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə “Makkabi” (Təl-Əviv) arasında İsraildə keçiriləcək cavab oyununda anşlaq olacaq. Corner.az xəbər verir ki, İsrail mətbuatı “Makkabi”nin yeni mövsümdəki ilk ev oyunlarına böyük maraq olduğunu yazıb.
 
Belə ki, 18 min azarkeş klubun 2022/23 mövsümü üçün elanından dərhal sonra mövsümlük abunəliyini yeniləyib.
 
“Makkabi” rəhbərliyi “Zirə” ilə oyun üçün satışa çıxarılacaq biletlərin qısa müddətdə alınmasını gözləyir. “Zirə” ilə matçda 29 min 400 nəfərlik tutuma malik “Blumfild” stadionunun dolu olacağı proqnozlaşdırılır.
 
“Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də “Dalğa Arena”da, cavab matçı isə bir həftə sonra İsraildə keçiriləcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda