23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqası: Kosovo təmsilçisi darmadağınla növbəti mərhələdə


Konfrans Liqası: Kosovo təmsilçisi darmadağınla növbəti mərhələdə
Futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.
 
Kosovonun “Drita” klubu doğma meydanda Finlandiyanın “İnter Turku” klubu ilə üz-üzə gəlib. Finlandiyada baş tutan ilk oyunda “İnter Turku” minimal hesabla qalib gəlmişdi. Cavab görüşündə isə Kosovo təmsilçisi rəqibinə 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə adlayıb.
 
Bu mərhələnin digər cavab oyunları iyulun 14-də keçiriləcək.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
12 iyul
 
Drita (Kosovo) - İnter Turku (Finlandiya) 3:0 (ilk oyun 0:1)






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda