Kiprin “Aris” klubu “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün biletlərin qiymətini açıqlayıb. Corner.az Limassol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər 15 avrodan satışa çıxarılıb.
Tələbələr qarşılaşmanı tribunadan izləmək üçün 10 avro, uşaqlar 1 avro ödəməlidirlər. VİP yerlər üçün bilet qiymətləri böyüklər üçün 50 avro, uşaqlar üçün 25 avrodur.
İyulun 21-də “AEK Arena”da oynanılacaq matç saat 21:30-da başlayacaq. Cavab qarşılaşması iyulun 27-də Bakıda olacaq.