23 oktyabr 2024. Çərşənbə

Zirə - Makkabi oyununun biletləri satışa çıxarılır


Zirə - Makkabi oyununun biletləri satışa çıxarılır

Bakıda "Zirə" və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

Corner.az-ın məlumatına görə, azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2 manat, 5 manat, 10 manat, və 20 manat təşkil edir.

Biletləri “Zirə İdman Kompleksi”, “Dalğa Arena”, Azfar futbol Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən meydançalarından almaq olar.

Qeyd edək ki, iyulun 21-də oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda