7 noyabr 2026. Şənbə

Neftçi'nin rəqibi yeni transferini itirdi


Neftçi'nin rəqibi yeni transferini itirdi
“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” ciddi itki ilə üzləşib. Corner.az saytı Kipr mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Karol Struski sıradan çıxıb.
 
Bu ayın əvvəlində Polşa klubu “Yagelloniya”dan transfer edilən 21 yaşlı oyunçu komandanın təlim-məşq toplanışı zamanı xəsarət alıb. Polşalı futbolçunun durumunun ciddi olduğu bildirilib.
 
Artıq Sloveniya toplanışını başa vuraraq Kiprə qayıdan Limassol təmsilçisində Struskinin “Neftçi” ilə ən azı ilk qarşılaşmada iştirakı gözlənilmir.
 
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də “AEK Aren”da, cavab matçı isə ayın 28-də “Bakcell Arena”da keçiriləcək.






Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi