Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Corner.az-ın məlumatına görə, Avropa futbol qurumu iyulun 18-də keçirəcəyi püşkatma ərəfəsində belə bir addım atıb.
"Neftçi" II raundda Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda potensial rəqiblər “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi olacaq.
Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçərsə, III raundda səpələnmişlər səbətində yer alacaq.
“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Qəbələ” Macarıstanın “Fehervar” keçəcəyi təqdirdə III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Qarabağ" "Sürix"lə görüşdə üstün ola bilməzsə, mübarizəni Avropa Liqasında Çempionlar Yolunda davam etdirəcək. Saat 15:00-da başlanacaq püşkatma zamanı 10 cütün heç biri səbətlərə bölünməyəcək. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütü istisna olmaqla, 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan)