7 noyabr 2026. Şənbə

Qəbələ'ni Macarıstanda 100-dək azarkeş dəstəkləyəcək


Qəbələ'ni Macarıstanda 100-dək azarkeş dəstəkləyəcək

"Qəbələ" klubu Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda dəstəksiz qalmayacaq.

"Qırmızı-qaralar"ın Mətbuat Xidmətindən verilən məlumatına görə, komandanın Sekeşfehervar şəhərindəki matçda 100-dək tərəfdarı olacaq.

Hazırda Türkiyənin Bolu şəhərində hazırlıq keçən əyalət təmsilçisi iyulun 19-da birbaşa Macarıstana yollanacaq. Zədədən sonra bərpa prosesi keçən Urfan Abbasov və əməliyyatın ardından müalicə olunan Yaovi Akakpo qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, iyulun 21-də "Mol Şoşto Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi