13 may 2026. Çərşənbə

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi


Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, püşk nəticəsində "Neftçi", "Zirə" və "Qəbələ"nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.

"Zirə" II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) səddini keçərsə, "Qomel” (Belarus) / “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris" komandası ilə görüşlərdən üstün ayrılsa, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını üstələyəcəyi təqdirdə, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.

Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.

Qeyd edək ki, III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi