Bu gün Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Hibernians” doğma meydanda “Levadiya”nı məğlub edibsə, "Tirana" öz meydanında “Zrinski”yə minimal hesabla uduzub. “La Fiorita” isə Kosovo təmsilçisi ilə oyunda darmadağınla üzləşib.
Mərhələnin digər oyunları iyulun 20-21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında olacaq.
Avropa Konfrans Liqası
II təsnifat mərhələsinin ilk oyunları
19 iyul
Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2
Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1
La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4