22 oktyabr 2024. Çərşənbə axşamı

Qəbələ fiziki cəhətdən çox güclü komandadır


Qəbələ fiziki cəhətdən çox güclü komandadır

"Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq".

Corner.az-ın məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis "qırmızı-qaralar"ın yoxlama matçlarını yaxından izlədiklərini vurğulayıb: "Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik".

Qeyd edək ki, iyulun 21-də "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda