İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə” ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik. Rəşad Sadıqovun bizim yoxlama oyunumuzu izləməsindən xəbərim olmayıb. Bunun rəqib komanda üçün üstünlük olub-olmaması həmin məlumatlardan necə istifadə etmələrindən asılıdır. Biz də "Zirə"ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar”.
Sabah “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Makkabi” matçına saat 20:00-da start veriləcək.