22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: 3 oyuna 2 qol


Konfrans Liqası: 3 oyuna 2 qol
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
“Botev” Bolqarıstanda qarşılaşdığı Kipr APOEL-i ilə ev oyununda qapılara qol vurulmayıb. “Sutyeska” (Monteneqro) ilə “Klaksvik”in (Farer adaları) görüşündə də qapılara qol vurulmayıb. Farer adalarının digər təmsilçisi “Vikinqur” isə evdə Slovakiya təmsilçisi “Dunayska Streda”ya 2 cavabsız qolla məğlub olub.
 
Bu mərhələnin qalan oyunları iyulun 21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında baş tutacaq.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
19 iyul
 
Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2
Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1
La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4
 
20 iyul
 
Botev (Bolqarıstan) – APOEL (Kipr) 0:0
Vikinqur (Farer adaları) – Dunayska Streda (Slovakiya) 0:2
Sutyeska (Monteneqro) – Klaksvik (Farer adaları) 0:0






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda