22 oktyabr 2024. Çərşənbə axşamı

Oyunlarına baxdığım Zirə daha yaxşı idi


Oyunlarına baxdığım Zirə daha yaxşı idi
İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, Bakıda 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik. Rəqib ideal formada deyildi. Ötən mövsüm oyunlarına baxdığım "Zirə" daha yaxşı idi. Məsələn, "Qarabağ"a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Əminəm ki, "Zirə" getdikcə oyununu daha da qaydasına salacaq. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq".
 
Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də Təl-Əvivdə baş tutacaq.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda