22 noyabr 2024. Cümə

Azərbaycan futbolunun qara günü: Hamısı məğlub oldu


Azərbaycan futbolunun qara günü: Hamısı məğlub oldu
Azərbaycanın 3 klubu bu gün Avropa Konfrans Liqasında mübarizəyə başlayıb. Corner.az xəbər verir ki, “Neftçi”, “Zirə” və “Qəbələ” sözügedən turnirdə ilk oyunlarına çıxıblar.

Günün ilk matçı Bakıda baş tutub. Ötən mövsümün bürünc mükafatçısı “Zirə” “Dalğa Arena”da İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə üz-üzə gəlib. İrlandiyalı FİFA referisi Rob Hennessi idarə etdiyi bu oyunda "Zirə" 3 cavabsız qolla məğlub olub.

Geridə qalan mövsümü 4-cü pillədə başa vuran “Qəbələ”  “Mol Arena”da  “Fehervar”ın qonağı olub. İsveçli Kaspar Syöberqin idarə etdiyi bu oyunda hesabı Azərbaycan təmsilçisi açsa da, qalan dəqiqələrdə 4 qol vuran meydan sahibləri əzmkar qələbə qazanıb.

Ötən mövsümün gümüş medalçısı “Neftçi” isə Kiprdə "Aris”lə qarşılaşıb. “AEK Arena”dakı görüşü xorvatiyalı İvan Bebek idarə edib. Təəssüf ki, digər təmsilçilərimiz kimi, “Neftçi” də bu oyunda 2 cavabsız qolla uduzub.

Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.

Avropa Konfrans Liqası
II təsnifat mərhələsinin ilk oyunları
21 iyul

Zirə – Makkabi (Təl-Əviv) 0:3
Qol: Q.Kanixovski, 18. C.Yovanoviç, 22; 54.
Hakimlər: Rob Hennessi, Emmett Daynan, Dermot Brouqto, Oliver Moran (İrlandiya).
Bakı, “Dalğa Arena”.

Fehervar – Qəbələ 4:1
Qol: K.Kodro, 30; 74. A.Rus, 67. B.Zivzivadze, 90 – R.Utziq, 16.
Qırmızı vərəqə: M.Musayev, 86 (ikinci sarı).
Hakimlər: Kaspar Syöberq, Maks Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç).
Sekeşfehervar, “Mol Arena”.

Aris – Neftçi 2:0
Qol: Kaju, 53. Y.Qomis, 65.
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya).
Larnaka, “AEK Arena”.






Konfrans liqası