22 oktyabr 2024. Çərşənbə axşamı

Qəbələ'nin əks-hücumları təhlükəli idi


Qəbələ'nin əks-hücumları təhlükəli idi

"İlk hissə planlaşdırdığımız kimi alınmadı. Top itkilərinə yol verdik, rəqibimiz də aqressiv futbol nümayiş etdirdi. Onların əks-hücumları təhlükəli idi".

Corner.az-ın məlumatına görə, bunu "Fehervar"ın futbolçusu Kenan Kodro Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı barədə danışarkən deyib.

Görüşdə dubl edən 29 yaşlı hücumçu hesabın oyuna görə olmadığını söyləyib: "Nəticə matçın nə qədər çətin keçdiyini əks etdirmir. İkinci yarıda çoxlu imkanlar yaratdıq və üç qol vurduq. Bu da bizə qalib gəlməyimizə inam verdi. Amma cütün taleyi həll olunmayıb. Futbolda hər şey mümkündür. Növbəti həftə Azərbaycana gedəcəyik. Orada da qalib gəlmək niyyətindəyik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda