7 noyabr 2026. Şənbə

Aris'lə matçdan əvvəl mətbuat konfransı və açıq məşq olacaq


Aris'lə matçdan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 28-də keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyunu öncəsi paytaxt komandanın baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Corner.az xəbər verir ki, tədbir iyulun 27-də saat 18:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək.
 
Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Eyni məkanda həmin gün saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı, 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
 
“Neftçi” – “Aris” matçına isə bir gün sonra saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda “ağ-qaralar” 0:2 hesabı ilə məğlub olublar.






Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi