7 noyabr 2026. Şənbə

Zirə ilə cavab oyununda iştirak edə bilər – məşhur futbolçu


Zirə ilə cavab oyununda iştirak edə bilər – məşhur futbolçu

“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv”) zədəli futbolçuları sağalıb.

Corner.az İsrail mətbuatına istinadən xəbər verir ki, Bakıdakı ilk oyunu buraxan üç futbolçu cavab matçına hazır olacağı gözlənilir. Bunlar yarımmüdafiəçilər Dan Qleyzer, Nir Biton və məşhur hücumçu Eran Zahavidir. Sözügedən üç futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Qleyzer və Zahavinin ilk dəqiqələrdən meydanda olması istisna edilmir.

“Makkabi” ilə “Zirə” arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı saat 21:30-da başlayacaq. Bakıdakı ilk oyunda “Zirə” 0:3 hesabı ilə məğlub olub.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi