23 oktyabr 2024. Çərşənbə

Neftçi'nin daha yaxşı çıxış edəcəyini gözləyirik


Neftçi'nin daha yaxşı çıxış edəcəyini gözləyirik

"Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".

Corner.az-ın məlumatına görə, bunu Kiprin "Aris" klubunun mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər zamanı yerli mətbuata açıqlamasında deyib.

O, səfərə üstünlüklə yollandıqlarını lakin işin yarım qaldığını bildirib: "Bu, tarixi oyundur. İş yarımçıq qalıb. Cümə axşamı bunu bitirməliyik. 2:0 hesabı komandadakı hər kəsi ayaqda saxlayır".

Papadopulos zədəli Matiya Şpolyariçin Azərbaycana gətirilmədiyi sözlərini də əlavə edib: "O, ilk oyunun sonlarında narahatlıq hiss etdi. Hazırda Kiprdə qalmağa və müalicəsi ilə məşğul olmağa önəm verdi".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda