23 oktyabr 2024. Çərşənbə

Qəbələ ilə oyunda arxayınlaşa bilmərik


Qəbələ ilə oyunda arxayınlaşa bilmərik

"Futbolda hər şey ola bilər. Ona görə də üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq".

Corner.az-ın məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasının futbolçusu Nikola Serafimov "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı müdafiəçi rəqibin ikinci qarşılaşmada da məqsədlərinin qələbə olduğunu bildirib: "Əminəm ki, "Qəbələ" matçı kökündən dəyişmək istəyəcək. Amma biz də hazırıq. Komanda daxilində əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz səfərdə də qələbə qazanmaqdır".

Şimali Makedoniyalı futbolçu 4:1 hesabı ilə qalib gəldikləri ilk oyuna da toxunub: "Debüt etdiyim üçün şadam. Azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edirdi. Görüşə planlaşdırdığımız kimi başlaya bilmədik. Fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq. Kənan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı".

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda