23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqası: 3 komanda 3-cü təsnifat mərhələsində!


Konfrans Liqası: 3 komanda 3-cü təsnifat mərhələsində!
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Qazaxıstan “Tobol”u doğma meydanda 2 cavabsız qolla qalib gəldiyi “Linkoln”a (Cəbəllütariq) səfərdə də üstələməyi bacarıb. TNS (Uels) - “Vikinqur” (İslandiya) matçında qapılara qol vurulmayıb. Bu üzdən İslandiya təmsilçisi ilk oyundakı qələbə sayəsində mərhələ adlayıb. Kosovonun “Ballkani” komandası isə ilk oyunda darmadağın etdiyi “La Fiorita”ya (San Marino) evdə daha böyük hesabla məğlub edərək, növbəti mərhələ yüksəlib.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul
 
Linkoln (Cəbəllütariq) - Tobol (Qazaxıstan) 0:1
İlk oyun - 0:2
 
TNS (Uels) - Vikinqur (İslandiya) 0:0
İlk oyun - 0:2
 
Ballkani (Kosovo) - La Fiorita (San Marino) 6:0
İlk oyun – 4:0






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda