- Konfrans liqası
- 02:04 08.11.2024
"Rəqib hesabda önə keçəndə qorxmadıq. Qalib gələcəyimizə əmin idim. Matçın əvvəlində tələsik, bəlkə də bir az əsəbi idik".
Corner.az-ın məlumatına görə, bunu "Fehervar"ın futbolçusu Pal Dardai Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə "Nemzetisport"a müsahibəsində deyib.
23 yaşlı vinger görüşün əvvəlindi öz oyunlarını göstərə bilmədiklərini bildirib: "Ondan sonra öz bildiyimiz oyunu nümayiş etdirməyə başladıq. Matçın əvvəlində böyük şansı əldən verdim. Mövsümə qolla başlamaq yaxşı olardı".
Komandasının iki qolunda da payı olan Dardai bunun üçün sevindiyini söyləyib: "Assistləri daha çox sevirəm. Çünki onlarsız nadir hallarda qol vurulur. Birinci ötürməni künc zərbəsindən verdim, amma ikincisi kifayət qədər gözəl alındı. Kənan Kodro isə bunu yüksək səviyyədə tamamladı".
Macarıstanlı oyunçu cavab görüşündə də ehtiyatlı olmalarını vurğulayıb. O bildirib ki, "Qəbələ" cavab matçında nəticəni öz xeyrinə dəyişə bilər, ona görə də ehtiyatlı olmalıdırlar: "Mövsümə yaxşı başlamışıq. Növbəti matçda da qaldığımız yerdən davam etməliyik. Futbolda hər şey ola bilər. "Liverpul" 1-2 il əvvəl İspaniyada "Barselona"ya 0:3 hesabı ilə uduzdu, daha sonra 4:0 hesabı ilə qalib gəldi. PSJ isə Fransada "Barselona"nı 4 cavabsız qolla üstələmişdi, hamı düşünürdü ki, katalonlar kənarda qaldılar. Lakin PSJ 6 qolla məğlub oldu. Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir. Biz rəqib meydanında da qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.