23 oktyabr 2024. Çərşənbə

Neftçi – Aris matçı üçün maska tələbi


Neftçi – Aris matçı üçün maska tələbi
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” və “Aris” (Kipr) arasında keçiriləcək oyundan öncə və sonra mətbuat konfranslarına giriş üçün maska tələbi qoyulub. Corner.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan öncə və sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
 
İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” matçı saat 21:00-da başlayacaq. Kiprdəki ilk oyunda “Aris” 2:0 hesablı qələbə qazanıb.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda