23 oktyabr 2024. Çərşənbə

Neftçi üzərində qələbə əsl bayramdır


Neftçi üzərində qələbə əsl bayramdır

"Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir".

Corner.az xəbər verir ki, bunu Kiprin "Aris" klubunun prezidenti Vladimir Fyodorov "Championat"a açıqlamasında Azərbaycan klubuna 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

O , avrokuboklarda stabil olaraq çıxış etmək istədiklərini bildirib: "Ancaq bu, sadəcə irəliyə doğru bir addımdır. Biz Avropa arenasında stabil olmaq istəyirik".

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 28-də "Bakcell Arena"da oynanılacaq. Matçı saat 21:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda