22 noyabr 2024. Cümə

Azarkeşlərimizi sevindirməyə çalışacağıq


Azarkeşlərimizi sevindirməyə çalışacağıq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Fehervar” (Macarıstan) görüşü öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək. Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında futbolçular istədiyimizi maksimum verməyə çalışırdılar. Oyunçumuzun zədələnməsi də komandaya təsir etdi. İlkin Qırtımov əsas futbolçularımızdan biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndirərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı heyətə malik kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqibimiz qədər keyfiyyətlərə malikdir. Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. Zədələnən müdafiəçimizlə bağlı durum hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək”.






Konfrans liqası