23 oktyabr 2024. Çərşənbə

Neftçi növbəti mərhələdə, Zirə və Qəbələ mübarizəni dayandırdı


Neftçi növbəti mərhələdə, Zirə və Qəbələ mübarizəni dayandırdı

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Neftçi”, “Qəbələ” və “Zirə” də cavab oyunlarını keçirib.

Əvvəlcə Qəbələ evdə Macarıstan “Fehervar”ını sınağa çəkib.  “Qırmızı-qaralar” ilk görüşdə 1:4 hesabı ilə uduzmuşdu. Avstriyalı FIFA referisi Kristofer Yagerin idarə etdiyi cavab görüşündə isə “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. Amma bu qələbə mərhələ adlamaq üçün kifayət etməyib.

“Neftçi” “Bakcell Arena”da Kipr “Aris”ini qəbul edib. “Ağ-qaralar” Larnakadakı ilk matçda məğlub olmuşdu – 0:2. Almaniyalı Bastian Dankert idarə etdiyi cavab görüşündə isə “Neftçi” 3 cavabsız qolla möhtəşəm qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

“Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) komandasının qonağı olub.“Qartallar” Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzmuşdu.  “Blumfild” stadionundakı xorvatiyalı FIFA referisi Mario Zebets idarə etdiyi cavab görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, “Qəbələ” – “Fehervar” cütünün 3-cü təsnifat mərhələsindəki rəqibi “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün güclüsü olacaq. “Neftçi” – “Aris” cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, “Makkabi” – “Zirə” cütünün qalibi isə Yunanıstanın “Aris” (Saloniki) klubu ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul

Qəbələ – Fehervar 2:1
Qol: R.Muradov, 34. F.Santos, 73 – B.Zivzivadze, 44.
40-cı dəqiqədə L.Neqo penaltidən dəqiq yararlana bilməyib (kənara)
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4

Neftçi – Aris 3:0
Qol: Q.Donyo, 38. E.İsrafilov, 57. K.Sayef, 62.
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, “Bakcell Arena”.
İlk oyun – 0:2

Makkabi (Təl-Əviv) – Zirə 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, “Blumfild” stadionu.
İlk oyun – 3:0







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda