5 dekabr 2025. Cümə

Neftçi'nin növbəti mərhələdəki rəqibi bilindi


Neftçi'nin növbəti mərhələdəki rəqibi bilindi
"Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub. Corner.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Avstriyanın “Rapid” (Vyana) klubu ilə üz-üzə gələcək.
 
İlk matçda Polşanın "Lexiya" (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən Avstriya təmsilçisi səfərdəki cavab görüşündə 2:1 hesabı ilə qələbə qazanıb.
 
“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək. Azərbaycan təmsilçisi də 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini (Limassol) iki oyunun nəticəsinə görə (0:2, 3:0) mübarizədən kənarlaşdırmağa nail olub.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü