29 yanvar 2026. Cümə axşamı

Neftçi'nin rəqibinə 1 qol bəs etdi


Neftçi'nin rəqibinə 1 qol bəs etdi
Futbol üzrə Avstriya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid” səfərdə “Klagenfurt”un qonağı olub.
 
Görüş Vyana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadakı yeganə qolu 66-cı dəqiqədə penaltidən dəqiq yararlanan Quido Burqstaller vurub.
 
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Neftçi”nin rəqibi hazırda turnir cədvəlinə başçılıq edir.
 
“Rapid” növbəti oyununu Bakıda keçirəcək. Vyana təmsilçisi avqustrun 4-də “Neftçi”nin qonağı olacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da start götürəcək. Cavab qarşılaşması ayın 11-də Vyanada baş tutacaq.






Konfrans liqası