“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Rapid” itkiylə üzləşib. Corner.az xəbər verir ki, Vyana klubunun yeni transferi Patrik Qreyl zədələnib.
25 yaşlı yarımmüdafiəçi Avstriya Bundesliqasının 2-ci turunda “Klagenfurt”la görüşdə sıradan çıxıb. Komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi görüşün 57-ci dəqiqəsində xəsarət alan Qreyl əvəzlənməli olub.
Avstriyalı futbolçunun “Neftçi” ilə ilk matçda iştirakı sual altındadır. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
“Neftçi”nin “Rapid”lə ilk oyunu avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-ndə Vyanada baş tutacaq.