31 iyul 2026. Cümə

KL: Neftçi'nin pley-offdakı potensial rəqibləri bilindi


KL: Neftçi'nin pley-offdakı potensial rəqibləri bilindi

"Neftçi"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Corner.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) səddini keçəcəyi təqdirdə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu