- Konfrans liqası
- 02:04 08.11.2024
"Neftçi" "Lexiya"dan tamamilə fərqli rəqibdir. Onların fərdi olaraq əla oyunçuları var, xüsusən legionerləri güclüdür”.
Corner.az xəbər verir ki, bunu "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer deyib.
42 yaşlı məşqçi "Neftçi"yə qarşı Bakıda keçirəcəkləri oyunun çox çətin olacağını bildirib: "Azərbaycanlıların bu oyunda böyük ev üstünlüyü var. Biz uzaq səfərdən gəlmişik, meydan sahibi deyilik və temperatur Bakıda isti olacaq. Aramızda 2 saatlıq vaxt fərqi var. Oyun yerli vaxtla saat 21:00-da başlasa da, təxminən 30 dərəcə isti gözlənilir. Ümid edirəm ki, Bakıdakı rütubət bizə təsir etməyəcək".
Daha sonra Feldhofer II təsnifat mərhələsində "Aris"in Bakıda "Neftçi"yə qarşı buraxdığı səhvləri etməməyə çalışacaqlarını vurğulayıb: "Bütün matç ərzində öz performansımızı, fiziki və əqli bacarığımızı ortaya qoymalıyıq. İlk 30 dəqiqədən sonra "Aris" kimi Bakıda dağılmamağımız çox vacibdir... Bu matçda əvvəlcə tapşırığı yerinə yetirməli, yaxşı nəticə qazanmalı və evə ideal qələbə ilə qayıtmalıyıq".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.