25 noyabr 2024. Bazar ertəsi

Neftçi'nin rəqibi onu Bakıya gətirmədi, 4 milyon avroya satdı


Neftçi'nin rəqibi onu Bakıya gətirmədi, 4 milyon avroya satdı
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Avstriyanın “Rapid” klubu mərkəz müdafiəçisi Emanuel Ayvunu Bakıya gətirməyib. Corner.az xəbər verir ki, 21 yaşlı futbolçuya İtaliyanın A Seriyasının debütantı "Kremoneze" ilə danışıqlar aparmaq və tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə getməyə icazə verilib.
 
Vyana klubu italyanlardan Avstriyanın U-21 millisinin üzvü üçün 4 milyon avroya yaxın gəlir əldə edəcək.Nigeriya əsilli futbolçunun ötən mövsüm "Admira"dan bu kluba 600-750 min avroya transfer olunduğunu nəzərə alsaq, bu, "Rapid" üçün gözəl sövdələşmə sayılır.
 
“Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.






Konfrans liqası