22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi kollektiv futbol oynayır


Neftçi kollektiv futbol oynayır
Avstriyanın “Rapid” komandasının müdafiəçisi Kevin Vimmer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Neftçi”nin Kipr “Aris”inə qarşı oyunlarını izləmişəm. “Aris”lə cavab oyununda onların bütün heyətinin kollektiv futbol oynadıqlarını gördük. Düşünürəm ki, bu komanda kollektiv futbol oynayır. Bütün oyunçuları güclüdür. Mən tək hücumçuların adlarını çəkməzdim”.
 
Vimmer "Turan Tovuz"a keçən "Totenhem"in sabiq futbolçusu Natan Oduvanı tanıdığını qeyd edib: "Bəli, mən 2015-2017-ci illərdə "Totenhem"də oynamışam. Onun Azərbaycanda oynadığını sizdən eşidirəm. Mən London klubunda oynayarkən o, gənc idi və əsas heyətdə çıxış etmirdi".
 
“Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda