25 noyabr 2024. Bazar ertəsi

Neftçi'nin sabiq hücumçusu Rapid'i güclü hesab edir


Neftçi'nin sabiq hücumçusu Rapid'i güclü hesab edir
"Neftçi”nin sabiq hücumçusu Daniel Seqoviya bu komandanın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı oyunlardakı şansları barədə danışıb. Corner.az xəbər verir ki, o, Avstriya mətbuatına açıqlamasında bunları söyləyib:
 
“Rapid” "Neftçi"dən xüsusilə texniki planda güclüdür. Düzdür, Bakı klubu ikili mübarizələrdə fiziki cəhətdən rəqibi ilə ayaqlaşa bilər. Amma Avstriya Bundesliqası Azərbaycan Premyer Liqasından qat-qat yaxşıdır”.
 
Hazırda ölkəsinin “Ecea” klubunda çıxış edən ispaniyalı futbolçu bildirib ki, Azərbaycanda bəzi klublar hələ də süni örtüklü meydanlarda oynasalar da, gözəl stadionlar da var: "Bura çılğın azarkeşləri də əlavə edərdim".
 
37 yaşlı forvard "Neftçi"nin heyətində Emin Mahmudovla Eddi İsrafilovu fərqləndirib: "Mahmudov çox yaxşı oyunçudur, hücumları əla idarə edir. Həmçinin, standart vəziyyətlər zamanı olduqca təhlükəlidir. İsrafilovu İspaniyanın "Eybar" və "Qranada" klublarından tanıyıram. Başla çox yaxşı oynayır. "Neftçi"nin ən zəif yeri isə müdafiə xətti ilə bağlıdır. Voislav Stankoviç yaxşı oyunçu olsa da, ləngdir. "Rapid"in sürətli hücumçuları bundan istifadə edə bilərlər".
 
2017/18 mövsümündə "Neftçi"də çıxış etmiş Seqoviya Avstriyada "Sankt Pölten", "Admira Vakker" və "Volfsberger" komandalarının da formasını geyinib.
 
bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rapid" matçına saat 21:00-da start veriləcək.






Konfrans liqası