22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi Rapid'i məğlub yola saldı


Neftçi Rapid'i məğlub yola saldı

"Neftçi” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib. Corner.az xəbər verir ki, “ağ-qaralar” doğma meydanda Avstriyanın “Rapid” (Vyana) komandasını qəbul edib.

 Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisi qələbəyə sevinən tərəf olub.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Budapeştdə keçiriləcək.

Bakı təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırmışdı.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
4 avqust

Neftçi – Rapid 2:1
Qol: A.Caber, 44. K.Sayef, 60 – Q.Burqstaller, 90+5.
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Patrik Kolariç (hamısı Xorvatiya)
Bakı. “Bakcell Arena”.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda