25 noyabr 2024. Bazar ertəsi

0:2-dən əvvəl müdafiədə ölümcül səhvlər silsiləsi yarandı


0:2-dən əvvəl müdafiədə ölümcül səhvlər silsiləsi yarandı
"Rapid"in "Neftçi"yə uduzmasını Avstriya mətbuatı birmənalı qarşılamayıb. Corner.az xəbər verir ki, sport.orf.at saytı komandanı tənqid edib: Vyana təmsilçisinin Azərbaycanda nümayiş etdirdiyi performans heç kimi qane etmədi. Buraxılan iki lazımsız qol "Rapid"in qrupa gedən yolda işini çətinləşdirdi”.
 
Həmkarlarımız komandanın baş məşçisi və futbolçularının da fikirlərinə yer verib.
 
Ferdinand Feldhofer: "Bütün oyuna baxsaq, özümüzü günahlandırmalı olduğumuz layiqli bir məğlubiyyət idi. Belə müdafiə olunuruqsa, o zaman beynəlxalq səviyyədə kifayət deyil. 0:2-dən əvvəl müdafiədə ölümcül səhvlər silsiləsi yarandı. Azərbaycanlılar sürətli əks-hücumlarla əla şanslar əldə etdilər. Həddən artıq əks-hücumlarla qarşılaşdıq. İsti hava şəraitini də "Neftçi" üçün əsl “ev üstünlüyü" sayıram. Son 10-15 dəqiqə ərzində çoxlu qol imkanı yaratdıq və şükürlər olsun ki, özümüzü mükafatlandırdıq. Burqştallerin qoluna çox sevindim. Deməli, biz sağıq və mübarizə aparacağıq".
 
Kevin Vimmer: "Əlbəttə, bu çox əsəbi və acı durumdu. Buna baxmayaraq, təslim olmamaq vacib idi. Qol vurmaq üçün bir neçə yaxşı şans yaratdıq. Sona bir neçə saniyə qalmış Burqştallerin zərbəsi tora qovuşdu. Bu qol Vyanada növbəti cümə axşamı keçiriləcək cavab oyununda ən azı nisbətən yaxşı başlanğıc mövqeyi deməkdi”.
 
Qvido Burqştaller: "Doğma publika, izdiham qarşısında hücumda daha yaxşı oynayaraq, iki top fərqi ilə qalib gəlməliyik. Çətin olsa belə, hər şeyə aydınlıq gəlməyib. Kimin mərhələ keçəcəyi sualı açıqdı. Bunun üçün döyüşəcəyik. Biz bunu bacaracağımızı bilirik".
 






Konfrans liqası