"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Vyana təmsilçisi 3-cü tur çərçivəsində Lustenau “Austriya"sını qəbul edib.
"Alyants" stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqstaller hesabı açsa da, qonaqlar 70-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. 57-ci dəqiqədə “Rapid”in futbolçusu Ante Bayiç ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Rapid" 2-ci pilləyə yüksəlib.
“Qarabağ”la “Rapid” arasındakı cavab matçı avqustun 11-də Vyanada keçiriləcək. Bakıdakı ilk görüşdə “ağ-qaralar" 2:1 hesabıyla qalib gəliblər.