25 noyabr 2024. Bazar ertəsi

Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq


Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq
"Qırmızı vərəqə epizoduna kimi dominatlıq edirdik. Yaxşı nəticə qazanmaq istəsək də, alınmadı". Corner.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid" (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə "Austriya" ilə 1:1 hesablı heç-heçə etdikləri Avstriya Bundesliqasının 3-cü tur oyunundan sonra mətbuat konfransında deyib.
 
42 yaşlı mütəxəssis xal itkisinə görə komandasını günahlandırmaq niyyətində olmadığını bildirib: "Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq. Azlıqda qalsaq belə, kifayət qədər qol epizodu yaratdıq. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Oyunçumuza göstərilən ikinci sarı vərəqəni heç cür başa düşmədim. Yanlış qərar idi və sonda xal itirməyimizə səbəb oldu. Amma matçın taleyini həll edə bilməməyimiz öz günahımızdır".
 
Qeyd edək ki, "Neftçi" Bakıdakı ilk oyunda "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.






Konfrans liqası