7 noyabr 2026. Şənbə

Regekampfla Laval Alyans'da jurnalistlərlə görüşəcək


Regekampfla Laval Alyans'da jurnalistlərlə görüşəcək
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” (Vyana) – “Neftçi” oyunu öncəsi Bakı təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Corner.az xəbər verir ki, tədbir avqustun 10-da Bakı vaxtı ilə saat 21:00-da “Alyans” mətbuat zalında baş tutacaq.
 
Konfransdan sonra – saat 21:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.






Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi