31 iyul 2026. Cümə

Neftçi Avstriyaya yollandı


Neftçi Avstriyaya yollandı
“Neftçi” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid"lə (Vyana) cavab oyunu üçün Avstriyaya yollanıb. Corner.az xəbər verir ki, "ağ-qaralar"ı paytaxt Vyanaya aparan təyyarə saat 09:10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
 
Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu "Rapid"lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək. Klub prezidenti Kamran Quliyev Türkiyədə olduğu üçün oradan özü ayrıca Vyanaya gedərək komandanın düşərgəsinə qoşulacaq.
 
Sabah keçiriləcək “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.






Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu