22 sentyabr 2026. Çərşənbə axşamı

Neftçi ilə oyunda qollarımın davamını gətirmək istəyirəm


Neftçi ilə oyunda qollarımın davamını gətirmək istəyirəm
Avstriyanın “Rapid” komandasının yarımmüdafiəçisi Patrik Qrayl Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Maraqlı qarşılaşma olacaq. “Neftçi”nin fərdi cəhətdən güclü futbolçuları var. Amma evdə oynamağımız bizə əlavə ruh verir. Səfərdə uduzsaq da, bu görüşdə mütləq qalib gəlməliyik".
 
Qrayl cari mövsüm yavaş-yavaş formaya düşdüyünü söyləyib: "Sabahkı qarşılaşmada da qollarımın davamını gətirmək niyyətindəyəm".
 
Oyunçu "penaltilər seriyası üçün xüsusi məşqlər keçmisinizmi" sualını isə bu cür cavablandırıb: "Toplanış zamanı məşqlərdə bunu həmişə etmişik. Ehtiyac duyulacağı təqdirdə, penaltilərdən dəqiq yararlanmağa çalışacağıq".
 
Sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.






Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə