5 may 2026. Çərşənbə axşamı

Əlimizdən gələni edəcəyik - Yusuf Laval


Əlimizdən gələni edəcəyik - Yusuf Laval
"Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Amma növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi