31 iyul 2026. Cümə

Neftçi'dən azarkeşlərə müraciət


Neftçi'dən azarkeşlərə müraciət
“Neftçi” Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə azarkeşlərə müraciət ünvanlayıb. Corner.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:
 
“Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” matçında komandamızı tribunadan dəstəkləmək istəyənlər həmin gün saat 20:30-dan oyun başlayanadək azarkeşlərimiz üçün ayrılmış 6-cı və 7-ci sektorların qapısından bilet əldə edə bilərlər. Qiyməti 12 avro olan biletlərin ödənişini kart vasitəsilə və ya nağd şəkildə etmək olar”.






Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu