22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi Konfrans Liqası ilə vidalaşdı


Neftçi Konfrans Liqası ilə vidalaşdı

"Neftçi” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olub.

Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Mərhələ adlamaq üçün “Neftçi”yə heç-heçə də kifayət edirdi.

Norveçli FİFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə etdiyi matçın əlavə vaxtında qol vuran Avstriya təmsilçisi yekununda sevinən tərəf olub.

Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə “Vaduts” 4:2 hesablı qələbə qazanıb. Beləliklə, pley-offda “Rapid”lə “Vaduts” qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
11 avqust

Rapid – Neftçi 2:0
Qol: M.Qrüll, 66. F.Druif, 113.
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç).
Vyana, “Allianz” stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda