Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matç kifayət qədər ağır oldu. Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdirdik. Qarşılaşma kifayət qədər qəliz alındı. Bir neçə epizodda topu dirəyə vurduq. Növbəti raundda "Vaduts"la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq”.