22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Makkabi Nitsa'nı, Fehervar Köln'ü məğlub etdi


Konfrans Liqası: Makkabi Nitsa'nı, Fehervar Köln'ü məğlub etdi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 21 matç baş tutub.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Belçika “Antverpen”ini qəbul edib. Bu matçda qalib müəyyənləşməyib.

3-cü təsnifat mərhələsində “Neftçi”nin mübarizədən kənarlaşdıran Avstriya “Rapid”i Lixtenşteyndə “Vaduts”la qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib.

2-ci raundda “Zirə”ni yolunu kəsən İsrailin “Makkabi” (Təl-Əviv) komandası Fransa “Nitsa”sıyla qarşılaşıb və minimal hesabla qalib gəlib. “Qəbələ”ni mübarizədən kənarlaşdırmış Macarıstan “Fehervar”ı isə Almaniyada “Köln”ü məğlub edib.  İtaliya "Fiorentina"sı doğma meydanda Niderland "Tvente"si, İngiltərə "Vest Hem"i isə Danimarka "Viborq"uyla qarşılaşıb. Hər iki matçda meydan sahiblərə qələbəyə sevinən tərəf olub.

Pley-offun açılış oyununda “Yurqarden" (İsveç) öz meydanında APOEL (Kipr) komandasını 3:0 hesabı ilə məğlub etmişdi.

Qrup mərhələsinə vəsiqə uğrunda həlledici cavab görüşləri avqustun 25-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
17 avqust

Yurqarden (İsveç) – APOEL (Kipr) 3:0

18 avqust

Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1

Makkabi (Təl-Əviv, İsrail) - Nitsa (Fransa) 1:0

Molde (Norveç) - Volfsberger (Avstriya) 0:1

RFS (Latviya) - Linfild (Şimali İrlandiya) 2:2

Slovaçko (Çexiya) – AİK (İsveç) 3:0

ÇSKA (Sofiya, Bolqarıstan) - Bazel (İsveçrə) 1:0

Yanq Boyz (İsveçrə) - Anderlext (Belçika) 0:1

Universitatya (Krayova, Rumıniya) – Hapoel (Beer-Şeva, İsrail) 1:1

Başakşəhər (Türkiyə) - Antverpen (Belçika) 1:1

Vaduts (Lixtenşteyn) - Rapid (Avstriya) 1:1

Zrinski (Bosniya və Herseqovina) - Slovan (Bratislava, Slovakiya) 1:0

Maribor (Sloveniya) - ÇFR Kluj (Rumıniya) 0:0

Styaua (Rumıniya) - Vikinq (Norveç) 1:2

Köln (Almaniya) - Fehervar (Macarıstan) 1:2

Lex (Polşa) - Düdelanj (Lüksemburq) 2:0

Vest Hem (İngiltərə) - Viborq (Danimarka) 3:1

Vilyarreal (İspaniya) - Hayduk (Xorvatiya) 4:2

Alkmaar (Niderland) - Jil Visente (Portuqaliya) 4:0

Partizan (Serbiya) - Hamrun Spartans (Malta) 4:1

Fiorentina (İtaliya) - Tvente (Niderland) 2:1

Şkupi (Şimali Makedoniya) - Balkani (Kosovo) 1:2







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda