12 aprel 2026. Bazar günü

Patrik Andrade Partizan'da ilk qolunu vurdu


Patrik Andrade Partizan'da ilk qolunu vurdu
"Qarabağ”ın sabiq yarımmüdafiəçisi Patrik Andrade yeni klubu “Partizan”da ilk qoluna imza atıb. Corner.az xəbər verir ki, Belqrad təmsilçisi dünən Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Maltanın “Hamrun” komandası ilə üz-üzə gəlib.
 
Oyun  Serbiya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Andrade 30-cu dəqiqədə 3-cü qolun ötürməsini edib. 77-ci dəqiqədə isə 29 yaşlı futbolçu matçda son nöqtəni qoyub.
 
Kabo Verdedən olan oyunçu 2020-22-ci illər aralığında “Qarabağ”da oynayıb. O, bu yay müqaviləsinin müddəti başa çatdıqdan sonra Ağdam klubundan ayrılaraq “Partizan”a keçib.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi